MN-in sabiq idarə rəisi həbs olundu - Rəsmi
Hərb
1689
09 Aug 2024 | 19:45

MN-in sabiq idarə rəisi həbs olundu - Rəsmi

Müdafiə Nazirliyinin (MN) Mənzil İstismar İdarəsinin sabiq rəisi polkovnik Elmar Məmmədov həbs edilib.
 
Moderator.az xəbər verir ki, E.Məmmədov Hərbi Prokurorluqda davam edən cinayət işi çərcivəsində saxlanılıb.
 
Hərbi Prokurorluğun təqdimatı əsasında Bakı Hərbi Məhkəməsində hakim Fikrət Əliyevin sədrliyi ilə keçirilən prosesdə onun barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
 
Hərbi prokurorun böyük köməkçisi – Hərbi Prokurorluğun mətbuat xidmətinin rəhbəri, baş ədliyyə müşaviri Firad Əliyev faktı Report-a təsdiqləyib.
Link kopyalandı!
Son xəbərlər