CNN: “Hizbullah” İrandan asılı olmayaraq İsrailə zərbələr endirə bilər
Hərb
1465
08 Aug 2024 | 09:20

CNN: “Hizbullah” İrandan asılı olmayaraq İsrailə zərbələr endirə bilər

Livanın "Hizbullah" hərəkatı İranın addımlarından asılı olmayaraq yaxın günlərdə İsrailə zərbələr endirə bilər.
 
Moderator.az Report-a istinadən xəbər verir ki, bu barədə CNN televiziya şirkəti kəşfiyyat məlumatları ilə tanış olan mənbələrə istinadən məlumat yayıb.
 
Mənbələrin fikrincə, "Hizbullah" İsrailə qarşı əməliyyat keçirmək baxımından İrandan daha yaxındadır, ona görə də qısa müddət ərzində hücum edə biləcək.
 
Öz növbəsində İran hələ də cavab tədbirləri hazırlayır və onlar ABŞ-ın genişmiqyaslı hücumu ilə bağlı gözləntilərini doğrultmur.
 
Mənbələr həmçinin "CNN"ə bildiriblər ki, hərəkat İrandan fərqli olaraq İsraillə ortaq sərhədi olması səbəbindən xəbərdarlıq etmədən zərbə endirə bilər.
Link kopyalandı!
Son xəbərlər