Azərbaycan müdafiə və təhlükəsizlik xərclərini artırır
2837
30 May 2023 | 14:49

Azərbaycan müdafiə və təhlükəsizlik xərclərini artırır

Müdafiə qabiliyyətinin və milli təhlükəsizliyinin daha da gücləndirilməsi üçün xərclər artırılır.
 
Moderator.az xəbər verir ki, “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Qanun layihəsinə əsasən, ölkənin müdafiə qabiliyyətinin və milli təhlükəsizliyinin daha da artırılması üçün 1 milyard 105 milyon manat, o cümlədən xüsusi müdafiə təyinatlı layihələr və tədbirlər üzrə xərclər üçün 1 milyard manat artırılması nəzərdə tutulur.
 
Artımdan sonra xüsusi müdafiə təyinatlı layihələr və tədbirlər üzrə xərclər 2 milyard 070 milyon manat təşkil edəcək.
 
Link kopyalandı!
Son xəbərlər