Azərbaycan Ordusunun Su-25 hücum təyyarələri “Anadolu Qartalı-2023” təlimində iştirak edəcək
2979
26 Apr 2023 | 16:20

Azərbaycan Ordusunun Su-25 hücum təyyarələri “Anadolu Qartalı-2023” təlimində iştirak edəcək

Azərbaycan Hərbi Hava Qüvvələrinin (HHQ) uçuş və texniki heyəti, həmçinin aviasiya vasitələri “Anadolu Qartalı - 2023” beynəlxalq təlimində iştirak etmək üçün Türkiyənin Konya şəhərinə yola düşüb.
 
Bu barədə Müdafiə Naziliyi məlumat yayıb.
 
Mayın 2-də başlayacaq təlimə Azərbaycan HHQ-nin bir qrup şəxsi heyəti və Su-25 hücum təyyarələri cəlb olunacaq.
 
Azərbaycan, Türkiyə, Pakistan, Birləşmiş Ərəb Əmirlikləri və İngiltərə nümayəndələrinin iştirakı ilə keçiriləcək beynəlxalq təlim mayın 23-dək davam edəcək.
 
Link kopyalandı!
Son xəbərlər