Azərbaycan hərbçiləri Britaniya Müdafiə Nazirliyinin kursunu uğurla başa vurublar - FOTO
4477
07 Feb 2023 | 09:20

Azərbaycan hərbçiləri Britaniya Müdafiə Nazirliyinin kursunu uğurla başa vurublar - FOTO

Azərbaycan hərbçiləri Britaniya Müdafiə Nazirliyinin kursunu Partlayıcı Təhlükələrdən Məlumatlılıq kursunu uğurla başa vurublar.

Bunu Böyük Britaniyanın ölkəmizdəki səfiri Fergus Auld özünün “Twitter” hesabında yazıb.

“General (Hikmət - red.) Həsənovun dəvəti ilə Müdafiə Nazirliyinin bütün təlimatçılarına kursun sonunda sertifikatlar təqdim etmək məni çox məmnun etdi. Böyük Britaniya Müdafiə Nazirliyi tərəfindən təqdim edilən Partlayıcı Təhlükələrdən Məlumatlılıq kursunu uğurla başa vurdular”, - deyə səfir sosial şəbəkə hesabında qeyd edib.

Link kopyalandı!
Son xəbərlər