Bananı günlərlə təzə saxlayan SADƏ SİRR
2920
11 Nov 2025 | 11:36

Bananı günlərlə təzə saxlayan SADƏ SİRR

Banan tez yetişib qaralırsa, bu üsullar sayəsində onu günlərlə təravətli saxlamaq mümkündür.

Bizim.Media xəbər verir ki, bananın yetişməsini ləngitməyin ən təsirli yolu sap hissəsini streç plyonka ilə bükməkdir. Bu sadə üsul, bananın yaydığı etilen qazının yayılmasının qarşısını alır və olgunlaşmanı xeyli yavaşladır.

Bananları ayırın

Bananları alarkən bir-birinə bağlı şəkildə olurlar. Lakin onları ayrı-ayrılıqda saxlamaq daha doğrudur. Çünki bir yerdə olduqda bananlar bir-birinə etilen qazı buraxır, bu da tez yetişməyə səbəb olur. Ayırmaqla həm dadını, həm də təravətini daha uzun müddət saxlamaq mümkündür.

Otaq temperaturuna diqqət edin

Bananı birbaşa günəş işığı altında və ya isti yerdə saxlamaq olmaz. Yüksək temperatur yetişməni sürətləndirir. Ən yaxşısı, bananı sərin, quru və kölgəli bir məkanda saxlamaqdır. Bu həm dadını qoruyur, həm də içinin yumşalmasının qarşısını alır.

Soyuducudan düzgün istifadə edin

Banan tam yetişdikdə onu soyuducuya qoymaq mümkündür. Soyuq hava yetişməni dayandırır. Kabuğu qaralsa belə, içi uzun müddət təravətli qalır. Bu üsul, bananı dərhal yemək istəməyənlər üçün ideal sayılır.

Bizim.Media

Link kopyalandı!
Son xəbərlər