Laçında strateji yüksəklikdə döyüş növbətçiliyi yüksək səviyyədəxa0təşkil edilibxa0–xa0VİDEOxa0
2746
02 Sep 2022 | 15:15

Laçında strateji yüksəklikdə döyüş növbətçiliyi yüksək səviyyədəxa0təşkil edilibxa0–xa0VİDEOxa0

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin göstərişinə əsasən, azad edilmiş ərazilərdə döyüş növbətçiliyinin təşkili ilə bağlı həyata keçirilən tədbirlər davam etdirilir.

Müdafiə Nazirliyinin Mətbuat xidmətindən verilən məlumata görə, Laçın rayonunda Azərbaycan Ordusunun bölmələri tərəfindən aparılan dəqiqləşdirmələr nəticəsində nəzarətə götürülən strateji əhəmiyyətli Üçdik yüksəkliyində döyüş növbətçiliyi yüksək səviyyədə təşkil edilib:

"Burada şəxsi heyətin gecə və gündüz nümunəvi xidmət etməsi, döyüş qabiliyyətinin və döyüşə hazırolma vəziyyətinin daim yüksək səviyyədə saxlanılması məqsədilə bütün zəruri tapşırıqlar icra olunur.

Azad olunmuş ərazilərdə dislokasiya olunan bölmələrin hərtərəfli təminatı və qoşun xidmətinin təşkili istiqamətində həyata keçirilən kompleks tədbirlər davam edir".

Link kopyalandı!
Son xəbərlər