Ordumuzun leytenantı həlak oldu - RƏSMİ
Hərb
2074
09 Aug 2021 | 13:39

Ordumuzun leytenantı həlak oldu - RƏSMİ

Avqustun 9-u səhər saatlarında Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzinin poliqonunda keçirilən döyüş atışlı məşğələ zamanı bədbəxt hadisə baş verib.
 
Bu barədə Müdafiə Nazirliyindən bildiriblər.
 
Hadisə zamanı leytenant Babayev İlqar Rüfət oğlu həlak olub. Hadisənin səbəbləri araşdırılır.
 
Müdafiə Nazirliyinin rəhbərliyi həlak olan hərbi qulluqçunun ailə üzvlərinə və yaxınlarına dərin hüznlə başsağlığı verir.
Link kopyalandı!
Son xəbərlər