Gürcüstan Sahil Mühafizəsi Amerikanın USCGC
Hərb
1729
06 May 2021 | 10:14

Gürcüstan Sahil Mühafizəsi Amerikanın USCGC "Hamilton" (WMSL-753) gəmisi ilə təlim keçirib

Moderator.az xəbər verir ki, Qara dənizdə ABŞ və Gürcüstanın təlimləri baş tutub.
 
Onlara Gürcüstan Sahil Mühafizəsinin və USCGC "Hamilton" (WMSL-753) gəmiləri qatılıb. ABŞ Hərbi Dəniz Qüvvələrinin 6-cı Donanması bu barədə Twitter hesabında məlumat yayıb.
 
 Amerika gəmisi Batumiyə gəlib və burada ənənəvi olaraq Gürcüstan Müdafiə Nazirliyinin nümayəndələri tərəfindən təntənəli şəkildə qarşılanıb. Amerikalılar Gürcüstan Sahil Mühafizəsinin komandanlığı, hərbi qurumu və ABŞ-ın Gürcüstandakı səfirliyi ilə görüşməyi planlaşdırırlar.
 
Gürcülərin verdiyi məlumata görə Amerika gəmisi Batumini ziyarət etməzdən əvvəl Poti bölgəsindəki Gürcüstan Sahil Mühafizəsinin qayıqları ilə birlikdə bir sıra təlimlər və manevrlər həyata keçirib. Amerikalılar və gürcülər "ortaq əməliyyatlar apararkən", Rusiyanın Qara dəniz Donanmasının "Pavel Derjavin" patrul gəmisi Gürcüstanın ərazi sularına girmədən onları izləyib.
 
ABŞ Sahil Mühafizəsinin USCGC "Hamilton" (WMSL-753) gəmisinin bu bölgəyə ilk səfəridir. O, 27 aprel tarixində Qara dənizə daxil olub.  Gəmi yenidir, 6 dekabr 2014-cü ildə istismara verilib, 2015-ci ildən isə döyüş tapşırıqlarını yerinə yetirir. Qeydiyyat limanı Çarlstondadır.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər