MN: Azərbaycan-BƏƏ müştərək taktiki-uçuş təlimində tapşırıqlar uğurla icra olunur - FOTO
Hərb
1483
16 Oct 2026 | 18:00

MN: Azərbaycan-BƏƏ müştərək taktiki-uçuş təlimində tapşırıqlar uğurla icra olunur - FOTO

“Şahinlərin Görüşü-2026” birgə taktiki-uçuş təlimində növbəti mərhələnin fəaliyyətləri plana uyğun həyata keçirilib.

Müdafiə Nazirliyindən Moderator.az-a verilən xəbərə görə, əvvəlcə uçuş heyətinə qarşıya qoyulan tapşırıqlar və təhlükəsizlik qaydaları barədə məlumat verilib. Həmçinin hava şəraiti və uçuşların keçiriləcəyi ərazinin xüsusiyyətləri çatdırılıb.

Təlim planına əsasən, şərti qəzaya uğramış pilotun aşkar edilməsi və xilas olunması üzrə axtarış-xilasetmə tədbirləri həyata keçirilib.

Helikopterlə əraziyə çatdırılan axtarış-xilasetmə mütəxəssisləri pilotun yerini müəyyən edərək xilasetmə tədbirlərini həyata keçiriblər.

Qeyd edilib ki, bu cür təlimlər hərbi qulluqçuların peşəkar hazırlığının yüksəldilməsi ilə yanaşı mürəkkəb şəraitdə operativ qərarvermə bacarıqlarının təkmilləşdirilməsinə xidmət edir.

MN: Azərbaycan-BƏƏ müştərək taktiki-uçuş təlimində tapşırıqlar uğurla icra olunurMN: Azərbaycan-BƏƏ müştərək taktiki-uçuş təlimində tapşırıqlar uğurla icra olunurMN: Azərbaycan-BƏƏ müştərək taktiki-uçuş təlimində tapşırıqlar uğurla icra olunurMN: Azərbaycan-BƏƏ müştərək taktiki-uçuş təlimində tapşırıqlar uğurla icra olunurMN: Azərbaycan-BƏƏ müştərək taktiki-uçuş təlimində tapşırıqlar uğurla icra olunurMN: Azərbaycan-BƏƏ müştərək taktiki-uçuş təlimində tapşırıqlar uğurla icra olunurMN: Azərbaycan-BƏƏ müştərək taktiki-uçuş təlimində tapşırıqlar uğurla icra olunurMN: Azərbaycan-BƏƏ müştərək taktiki-uçuş təlimində tapşırıqlar uğurla icra olunurMN: Azərbaycan-BƏƏ müştərək taktiki-uçuş təlimində tapşırıqlar uğurla icra olunurMN: Azərbaycan-BƏƏ müştərək taktiki-uçuş təlimində tapşırıqlar uğurla icra olunur

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər