Sarayda şagirdi döyən idman müəllimi cəzalandırıldı
1538
06 Jun 2026 | 16:31

Sarayda şagirdi döyən idman müəllimi cəzalandırıldı

Regional Təhsil İdarəsi sosial mediada sagirdin döyülməsi ilə bağlı yayılan iddialara aydınliq gətirib.
 
Moderator.az trend-ə istinadən xəbər verir ki, Abşeron-Xızı Regional Təhsil İdarəsindəndən sosial şəbəkələrdə Saray qəsəbə 1 nömrəli tam orta ümumtəhsil məktəbində müəllimin şagirdə qarşı uyğunsuz davranışı ilə bağlı məlumatlar yayıldığı və məsələ ilə bağlı araşdırma aparıldığı bildirilib:
 
"İlkin araşdırma zamanı müəllim tərəfindən "Təhsilverənlərin etik davranış qaydaları"nın pozulduğu müəyyən edilib. Bu səbəbdən onun barəsində intizam tənbehi tədbiri görülüb. Hadisə ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.
 
Bildiririk ki, ümumi təhsil müəssisələrində təlim-tədris prosesi ilə yanaşı, şagirdlərin təhlükəsizliyi və daxili nizam-intizam qaydalarına riayət olunmasına nəzarət daim diqqət mərkəzində saxlanılır və bu istiqamətdə zəruri tədbirlər görülür", - məlumatda qeyd edilib.
 
Qeyd edək ki, sosial şəbəkələrdə Saray qəsəbəsi 1 saylı tam orta məktəbin idman müəlliminin 5-ci sinif şagirdini döyməsi barədə iddialar yayılmışdı.
Link kopyalandı!
Son xəbərlər