Ağdaşda qəzaya düşən qardaşların ikincisi də ÖLDÜ
1367
04 Jun 2026 | 12:40

Ağdaşda qəzaya düşən qardaşların ikincisi də ÖLDÜ

Ötən gün Ağdaş rayonunda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan şəxslərdən daha biri həyatını itirib.
 
Moderator.az-ın əldə etdiyi məlumata görə, həyatını itirən şəxs qəzada faciəli şəkildə ölən Elgün Həsənovun böyük qardaşı Ramil Həsənovdur.
 
Xatırladaq ki, hadisə ötən gün gecə saatlarında rayon ərazisində qeydə alınmışdı. Əlirza Lətifovun idarə etdiyi VAZ-2106 markalı avtomobilin ağaca çırpılması nəticəsində sərnişini 37 yaşlı Elgün Həsənov hadisə yerində həyatını itirmiş, onun qardaşı 41 yaşlı Ramil Həsənov isə xəstəxanaya çatdırılmışdı.
 
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin regional qrupundan bildirilib ki, faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar aparılır.
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər