Bu gün axşam saatlarında Füzuli rayonunun Zobucuq qəsəbəsində Aşağı Seyidəhmədli kəndindən olan fermer Hacıyev Əliyar Güləhməd oğlunu ildırım vurub.
Mərhumun qohumlarının verdiyi xəbərə görə, 77 yaşlı fermer Zobucuq həndəvərində qoyunlarını otardığı zaman təbii fəlakətin qurbanı olub. İldırım onu atının üstündə vurub və mərhum dərhal həlak olub.
Xəbər verilir ki, neçə müddət imiş ki, böyük təsərrüaftı, qoyun sürüləri olan fermer bu sayaq işləri özü yox, çobanları görürmüş. Bu gün isə o, evdə darıxdığını deyib, özü qoyunları otarmağa aparıb.
Dədə-babadan qoyunçuluqla məşğul olan Əliyar kişi vaxtilə Kəlbəcərdə qar-borana, əlverişsiz hava şəraitlərinə düşüb, ancaq ona heç nə olmayıb. Bu dəfə isə məhz yaşadığı yerdə təbii fəlakətə tuş gəlib.
(musavat)