Lənkəranda sürücü sükan arxasında öldü
Hadisə
172
20:42, Bu gün

Lənkəranda sürücü sükan arxasında öldü

Lənkəranda sürücü sükan arxasında həyatını itirib.

Moderator.az xəbər verir ki, ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi axşam saatlarında şəhərin Molla Pənah Vaqif küçəsində qeydə alınıb.

Belə ki, 57 yaşlı Lənkəran şəhər sakini Vüqar Nağırov idarə etdiyi avtomobillə hərəkətdə olarkən sükan arxasında qəfil ürəktutmadan vəfat edib. Nəticədə nəzarətdən çıxan nəqliyyat vasitəsi yol kənarında yerləşən obyektə çırpılıb.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları və təcili tibbi yardım briqadası cəlb olunub. Meyit aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər