11:34
23°C
Bakı
Bərdədə ağır yol-nəqliyyat hadisəsi baş verib, ölən var.
Moderator.az xəbər verir ki, hadisə Mehdixanlı kəndi ərazisində qeydə alınıb. 1993-cü il təvəllüdlü Nadir Rəşid oğlu Həsənovun idarə etdiyi “VAZ-2107” markalı avtomobil idarəetmədən çıxaraq yol kənarındakı su arxına aşıb.
Qəza nəticəsində sürücü Nadir Həsənov ağır xəsarətlər alıb. Avtomobildə olan 1996-cı il təvəllüdlü Pəri Mahir qızı Həsənova isə hadisə yerində həyatını itirib.
Faktla bağlı araşdırma aparılır.