Bərdədə idarəetmədən çıxan avtomobil su arxına düşdü, ölən və xəsarət alan var
Hadisə
175
09:16, Bu gün

Bərdədə idarəetmədən çıxan avtomobil su arxına düşdü, ölən və xəsarət alan var

Bərdədə ağır yol-nəqliyyat hadisəsi baş verib, ölən var.

Moderator.az xəbər verir ki, hadisə Mehdixanlı kəndi ərazisində qeydə alınıb. 1993-cü il təvəllüdlü Nadir Rəşid oğlu Həsənovun idarə etdiyi “VAZ-2107” markalı avtomobil idarəetmədən çıxaraq yol kənarındakı su arxına aşıb.

Qəza nəticəsində sürücü Nadir Həsənov ağır xəsarətlər alıb. Avtomobildə olan 1996-cı il təvəllüdlü Pəri Mahir qızı Həsənova isə hadisə yerində həyatını itirib.

Faktla bağlı araşdırma aparılır.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər