Qida Təhlükəsizliyi Agentliyinin Lənkəran-Astara regional bölməsinin və Daxili İşlər Nazirliyinin Masallı Rayon Polis Şöbəsinin əməkdaşlarının birgə keçirdikləri reyd zamanı istehlaka yararsız ümumi çəkisi 227 kq ət aşkarlanıb.
Moderator.az xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb.
Bildirilib ki, baxış zamanı məhsulun müvafiq müşayiətedici sənədləri və mənşəyi məlum olmayan at əti olduğu müəyyən edilib. At ətinin Biləsuvar kənd sakini Məlik Sabir oğlu Əzizov tərəfindən qanunsuz olaraq kəsildiyi, Əmrah İslam oğlu Kərimli tərəfindən isə 10-XP-977 dövlət qeydiyyat nişanlı "Nissan" markalı avtomobillə Bakı şəhərinə aparmağı planlaşdırdığı məlum olub. Yararsız ət saxlanca verilib. Nümunələr götürülərək laborator müayinələrə cəlb edilib.
Fakt üzrə araşdırmalar davam etdirilir.