Böyük Mərdəkan qəsrində çökmə olub - FOTO
Hadisə
201
17:50, Bu gün

Böyük Mərdəkan qəsrində çökmə olub - FOTO

Son dövr müşahidə olunan intensiv yağışların təsiri nəticəsində dünən Böyük Mərdəkan qəsrinin dam hissəsində və mərtəbələrarası döşəmə qatlarında çökmə halları qeydə alınıb.

Bu barədə Moderator.az-a Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətindən məlumat verilib.

Bildirilib ki, bununla əlaqədar olaraq, Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Bakı Regional İdarəsi tərəfindən abidəyə baxış keçirilib və əraziyə giriş müvəqqəti olaraq məhdudlaşdırılıb.

Dam hissəsinin və daşıyıcı konstruksiyaların vəziyyəti qiymətləndirilərək müvafiq tədbirlərin görülməsi nəzərdə tutulub.

Qeyd edilib ki, vəziyyət aidiyyəti qurumların nəzarətindədir və zəruri tədbirlər ardıcıl şəkildə həyata keçirilir.

Böyük Mərdəkan qəsrində çökmə olub - FOTO Böyük Mərdəkan qəsrində çökmə olub - FOTO

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər