Uraldakı Azərbaycan diasporunun keçmiş rəhbəri Şahin Şıxlinskiyə növbəti məhkəmə hökmü oxunub.
Moderator.az xəbər verir ki, bu barədə Yekaterinburqun Kirovski Rayon Məhkəməsi qərar çıxarıb.
Məhkəmənin qərarı ilə Ş.Şıxlinski 9 il müddətinə azadlıqdan məhrum edilib. Əvvəlki hökm də nəzərə alınmaqla, o, 24 il müddətinə həbs edilib.
Hökmdə qeyd edilib ki, Şahin Şıxlinski cəzasının ilk 4 ilini həbsxanada, qalan hissəsini isə ciddi rejimli koloniyada çəkəcək. Onun oğlu Mutvalı Şıxlinski isə 8 il müddətinə ümumi rejimli koloniyada cəza çəkəcək.
Xatırladaq ki, cari ilin mart ayında Ş.Şıxlinski qəsdən adam öldürməyə cəhd və qətl hadisəsində iştirakda təqsirli bilinərək məhkum olunmuşdu.