Marketdən oğurluq edən şəxs saxlanıldı
Hadisə
217
17:32, Bu gün

Marketdən oğurluq edən şəxs saxlanıldı

Bakıda marketdən oğurluq edən şəxs saxlanılıb.

Moderator.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

Bildirilib ki, Binəqədi rayonunda oğurluq hadisəsi qeydə alınıb. Naməlum şəxs gecə saatlarında rayon ərazisində yerləşən mağazaların birindən 420 manat pul və 3 000 manat dəyərində tütün məmulatını talayıb.

Binəqədi Rayon Polis İdarəsinin 40-cı Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 27 yaşlı E.Şirinov müəyyən edilərək saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər