Qohumunun evindən 320 min manat oğurlayan şəxs həbs edildi
Hadisə
295
13:32, Bu gün

Qohumunun evindən 320 min manat oğurlayan şəxs həbs edildi

Qohumunun evindən 320 min manat oğurlayan şəxs həbs edilib.
 
Moderator.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.
 
Paytaxtın Sabunçu rayonunda evlərdən birində seyfdə saxlanılan 320 000 manat pul vəsaitinin oğurlanması barədə zərərçəkmiş şəxsin polisə müraciəti daxil olub. Rayon Polis İdarəsinin 42-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən tədbirlər nəticəsində hadisəni törətməkdə şübhəli bilinən zərərçəkmişin qohumu, 32 yaşlı paytaxt sakini Rəhman Əşrəfov müəyyən olunaraq saxlanılıb.
 
Faktla bağlı Sabunçu RPİ-nin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin oğurluq maddəsi ilə cinayət işi başlanılıb. R.Əşrəfova qeyd edilən maddə ilə ittiham elan edilib və o, təqsirləndirilən şəxs qismində istintaqa cəlb olunub. Məhkəmənin qərarı ilə R.Əşrəfovun barəsində həbs qətimkan tədbiri seçilib.
 
Faktla bağlı araşdırmalar davam etdirilir.
 
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər