Bakıda marketlərdən oğurluq edən 5 nəfər saxlanıldı
Hadisə
271
12:35, Bu gün

Bakıda marketlərdən oğurluq edən 5 nəfər saxlanıldı

Bakıda marketlərdən oğurluqda şübhəli bilinən 5 nəfər saxlanılıb.
 
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Moderator.az-a verilən məlumata görə, paytaxtın Nəsimi, Yasamal və Binəqədi rayonlarında yerləşən üç marketdən oğurluq edilməsi barədə polisə məlumat daxil olub.
 
Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə qeyd edilən talama cinayətlərini törətməkdə şübhəli bilinən G.Rzayev, T.Poladov, O.Səfərov, Ç.Quliyev və A.Cəfərzadə müəyyən olunaraq saxlanılıblar. Onların marketlərdən əsasən tütün məmulatları və spirtli içkilər oğurlayaraq digər mağazalara dəyərindən ucuz qiymətə satdıqları məlum olub.
 
Faktlarla bağlı araşdırmalar davam etdirilir.
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər