16:23
13°C
Bakı
Ötən gün polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə ümumi çəkisi 44,3 kiloqramdan artıq narkotik vasitə aşkarlanaraq götürülüb.
Bu barədə Moderator.az-a Daxili İşlər Nazirliyindən (DİN) məlumat verilib.
Qeyd edilib ki, qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr – 42,4 kiloqramdan çox marixuana, 930 qramdan artıq heroin, 1 kiloqramdan çox tiryək və metamfetamin olub.