11:52
14°C
Bakı
Xəzər dənizində zəlzələ baş verib.
Bu barədə Moderator.az-a Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosundan məlumat verilib.
Bildirilib ki, yerli vaxtla saat 07:47-də qeydə alınan zəlzələnin maqnitudası 3.3 olub.
Zəlzələnin ocağı 32 kilometr dərinlikdə yerləşib.
Qeyd edək ki, aprelin 7-si və 8-də 3-5 bal gücündə altı zəlzələ qeydə alınıb.