Avtomobillər toqquşub - Xəsarət alanlar var
Hadisə
245
18:50, Bu gün

Avtomobillər toqquşub - Xəsarət alanlar var

Naxçıvanda dörd nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Moderator.az xəbər verir ki, hadisə Babək rayonu Araz kəndi yaxınlığında qeydə alınıb.

67-BN-063 dövlət nömrə nişanlı "Mercedes" markalı avtomobillə 67-BM-165 dövlət nömrə nişanlı "NAZ-Lifan" markalı avtomobil toqquşub.

Qəza nəticəsində 1983-cü il təvəllüdlü Nazim Salmanov, 1977-ci il təvəllüdlü Aminə Ələkbərova, 1963-cü il təvəllüdlü Hikmət Muradov və 1970-ci il təvəllüdlü Zülfünaz Fərzəliyeva müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Onlar Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdiriliblər.

Hadisə yerinə polis əməkdaşları cəlb olunub, faktla bağlı araşdırma aparılır.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər