Oğuzda ağacların kəsilməsinə görə cinayət işi başlanıb
Hadisə
124
18:29, Bu gün

Oğuzda ağacların kəsilməsinə görə cinayət işi başlanıb

Oğuzda ağacların kəsilməsinə görə cinayət işi başlanıb.

DİN-in Mətbuat xidmətinin regional qrupundan Moderator.az-a verilən xəbərə görə, Oğuz rayonunun Xaçmazqışlaq kəndi ərazisində 30 ədəd qızılağac ağacının kəsilməsi və təbiətə 6400 manata yaxın maddi ziyan vurulması ilə bağlı istintaq araşdırmaları aparılır.

Polis əməkdaşları tərəfindən həyata keçirilən tədbirlərlə ağacları kəsməkdə şübhəli bilinən Xaçmaz kənd sakini, 34 yaşlı Cəsur Məmmədli saxlanılıb.

Faktla bağlı Oğuz Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər