19:37
13°C
Bakı
Ağcabədi rayonu, Təzəkənd kəndində fəaliyyət göstərən, sahibkar Elvin Yaşar oğlu Vəliyevə məxsus çörək istehsalı sexində yoxlama keçirilib.
Moderator.az xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb.
Bildirilib ki, yoxlama zamanı sanitariya-gigiyena qaydalarının və normativ hüquqi aktların tələblərinin pozulduğu müəyyən olunub.
Aşkarlanan nöqsanlarla bağlı sahibkar barəsində inzibati protokol tərtib edilib, icrası məcburi göstərişlər verilib və sexin fəaliyyəti məhdudlaşdırılıb.