Taleh Heydərovun milyonunu ələ keçirməkdə ittiham olunan şəxslə bağlı QƏRAR
Hadisə
205
16:55, Bu gün

Taleh Heydərovun milyonunu ələ keçirməkdə ittiham olunan şəxslə bağlı QƏRAR

Kəmaləddin Heydərovun oğlu Tale Heydərova yalan vəd verərək onun 1 milyondan çox pulunu ələ keçirməkdə təqsirləndirilən İntiqam Səfərəliyevin məhkəməsi başlayıb.

Moderator.az Oxu.Az-a istinadən xəbər verir ki, cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Kamil Əliyevin sədrliyi ilə keçirilən ilk hazırlıq iclasında təqsirləndirilənin anket məlumatları dəqiqləşdirilib

Daha sonra İntiqam Səfərəliyevin vəkili vəsatət verərək məhkəmə proseslərinin mətbuatda işıqlandırılmasının işin gedişinə mənfi təsir etməsi və kommersiya sirlərinin mövcudluğunu nəzərə alaraq iclasların qapalı keçirilməsini xahiş edib.

Vəkilin növbəti vəsatəti isə təqsirləndirilənin ev dustaqlığına buraxılması ilə bağlı olub.

Müşavirədən sonra digər vəsatətlər təmin olunmasada təqsirləndirilənin ev dustaqlığına buraxılması təmin olunub.

İntiqam Səfərqliyev məhkəmə zalından azadlığa buraxılıb.

Qeyd edək ki, "AzFinance İnvestisiya Şirkəti"nin direktoru, məşhur maliyyəçi İntiqam Səfərəliyev xüsusilə külli miqdarda dələduzluqda ittiham olunur.

Xatırladaq ki, İ.Səfərəliyev T.Heydərova yalan vəd verərək onun 1 milyon manatdan çox pulunu ələ keçirməkdə təqsirləndirilir.

Heydərovun şikayəti əsasında İ.Səfərəliyev barəsində həbs qətimkan tədbiri seçilib. Ona sanksiyasında 10 ildən 14 ilə kimi həbs olan Cinayət Məcəlləsinin 178.4-cü (dələduzluq - xüsusilə külli miqdarda törədildikdə) maddəsi üzrə yekun ittiham verilib.

Onu da qeyd edək ki, İntiqam Səfərəliyev 2019-cu ildən "AzFinance İnvestisiya Şirkəti"nin direktoru işləyib. 15 ildən çox idarəçilik və pul vəsaitlərinin idarə edilməsi təcrübəsinə malik iş adamı Heydərovlara aid olduğu deyilən AFB Bankın Müşahidə Şurasının üzvü və başqa vəzifələrdə də çalışıb.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər