12:53
13°C
Bakı
Qazaxda ölümlə nəticələnən avtomobil qəzası olub.
Moderator.az xəbər verir ki, hadisə aprelin 9-da saat 17 radələrində Qazax şəhəri, Səməd Vurğun küçəsində baş verib.
2000-ci il təvəllüdlü Kazımov Anar Rəhman oğlu idarə etdiyi özünə məxsus "BMW" markalı avtomobillə həmin küçəsdə hərəkətdə olan zaman yolu keçən piyada, 1952-ci il təvəllüdlü İsmayılov Faiq Məcid oğlunu vurub.
Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Faktla bağlı Qazax RPŞ-də araşdırma aparılır.
(teleqraf)