Müəllimlərə qarşı dələduzluq edən şəxsə hökm oxundu - FOTO
Hadisə
420
09 Apr 2026 | 18:05

Müəllimlərə qarşı dələduzluq edən şəxsə hökm oxundu - FOTO

Bakıda orta məktəbə müxtəlif ixtisaslar üzrə müəllim vəzifəsinə işə düzəldəcəyi ilə bağlı yalan vəd verərək dələduzluq etməkdə təqsirləndirilən Zaur Mustafayevin cinayət işi üzrə məhkəməsi yekunlaşıb.

Moderator.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Azər Tağıyevin sədrliyi ilə keçirilən prosesdə ona hökm oxunub və Zaur Mustafayev 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Xatırladaq ki, dövlət ittihamçısı Vüsal Mehrəliyev məhkəməyə təqsirləndirilən şəxsin 9 il müddətinə azadlıqdan məhrum olunmasını təklif etmişdi.

Müəllimlərə qarşı dələduzluq edən şəxsə hökm oxundu - FOTO

Qeyd edək ki, cinayət işində ümumi ziyanın miqdarı 200 min manatdan çox olub.

Təqsirləndirilən şəxs Zaur Mustafayev isə Bakı şəhərində 116 saylı orta məktəbdə müəllim işləyib.

Qeyd edək ki, ona qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq) maddəsi ilə ittiham irəli sürülüb.(oxu.az)

Link kopyalandı!
Son xəbərlər