Baş prokurorun sabiq birinci müavini vəfat etdi
Hadisə
235
07 Apr 2026 | 23:40

Baş prokurorun sabiq birinci müavini vəfat etdi

Azərbaycanın Baş prokurorunun sabiq birinci müavini, keçmiş deputat Mətləb Mütəllimli vəfat edib.

Moderator.az Bakupost.az-a istinadən xəbər verir ki, onun xərçəng xəstəliyindən əziyyət çəkdiyi bildirilir.

Mətləb Əzizulla oğlu Mütəllimli 20 may 1949-cu ildə Yardımlı rayonunun Horavar qəsəbəsində anadan olub. O, Azərbaycan Respublikasının Milli Məclisinin I çağırış deputatı, Azərbaycan Ali Sovetinin XII çağırış deputatı olub.

M.Mütəllimli eyni zamanda Sosial Ədalət Partiyasının sədri kimi fəaliyyət göstərib.

Müstəqilliyin ilk illərində hüquq-mühafizə orqanlarında çalışaraq Azərbaycanın Baş prokurorunun birinci müavini vəzifəsinədək yüksəlib.

Qeyd edək ki, mərhum ailəli idi, üç övladı var.

Allah rəhmət eləsin!

Link kopyalandı!
Son xəbərlər