Nəsimi Nəbizadə ilə gündəmə gələn mərkəz rəhbəri barədə QƏRAR VERİLDİ
Hadisə
398
15:29, Bu gün

Nəsimi Nəbizadə ilə gündəmə gələn mərkəz rəhbəri barədə QƏRAR VERİLDİ

Sumqayıt Səhər Məhkəməsində fəaliyyəti dayandırılan "Qurtuluş" Reabilitasiya Mərkəzinin rəhbəri Ceyhun Salmanov və mərkəzin daha iki əməkdaşının barəsində olan həbs qəti imkan tədbirinin müddətinin uzadılması ilə bağlı istintaq orqanının vəsatətinə baxılıb.
 
Moderator.az xəbər verir ki, prosesdə vəsatət təmin edilib və Ceyhun Salmanov, Natiq Əliyev və Elşad Məhərrəmov barəsində olan həbs qətimkan tədbirlərinin müddəti 2 ay - iyunun 9-na qədər uzadılıb.
 
Xatırladaq ki, Sumqayıt Şəhər Prokurorluğuna daxil olan şikayətlər əsasında "Qurtuluş" reabilitasiya mərkəzində araşdırmalar aparılıb. Araşdırmaların nəticəsi olaraq mərkəzdə qanunsuzluqlar aşkarlanıb və faktla bağlı cinayət işi başlanılıb. Mərkəzin rəhbəri Ceyhun Salmanov, təşkilatın əməkdaşları - Natiq Əliyev və Elşad Məhərrəmov saxlanılıblar. Sumqayıt Şəhər Məhkəməsinin qərarları ilə hər üç şəxs barəsində 2 ay 10 gün həbs qətimkan tədbiri seçilib. Təqsirləndirilən şəxslər qərarlardan apellyasiya şikayəti versələr də, Sumqayıt Apellyasiya Məhkəməsi birinci instansiya məhkəməsinin qərarlarını qüvvədə saxlamışdı.
 
Təqsirləndirilən şəxslər barəsində Cinayət Məcəlləsinin 127-ci (qəsdən sağlamlığa az ağır zərərvurma), 133-cü (əzab vermə), 144-cü (adam oğurluğu), 145-ci (qanunsuz azadlıqdan məhrum etmə) maddələri ilə ittiham irəli sürülüb.
 
Qeyd edək ki, bir müddət əvvəl tanınmış keçmiş aparıcı Nəsimi Nəbizadə həmin mərkəzdə müalicə alsa da, 4 ay sonra müalicə müəssisəsini tərk etmişdi. Hadisədən bir neçə gün sonra mərkəzin rəhbəri Ceyhun Salmanov, müəssisənin əməkdaşları Natiq Əliyev və Elşad Məhərrəmov saxlanılıblar.
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər