Hadisə
351
13:35, Bu gün

"Liv Bona Dea" ilə Nigar Köçərli arasında məhkəmə davası başladı

Bu gün Nəsimi rayon Məhkəməsində "Liv Bona Dea" Hospitalın "Əli və Nino" kitab mağazaları şəbəkəsinin rəhbəri Nigar Köçərliyə qarşı xəstəxananın işgüzar nüfuzuna xələl gətirməsi iddiası ilə məhkəmə prosesi keçirilib.
 
Moderator.az xəbər verir ki, cavabdeh Nigar Köçərlinin hüquqlarını müdafiə edən vəkil Zibeydə Sadıqova vəsatət verərək, sözügedən xəstəxananın adının "Liv" və yaxud "Bona Dea" olduğunun aydınlaşdırılmasını məhkəmədən istəyib:
 
"Hüquqlarını müdafiə etdiyim Nigar Köçərliyə qarşı iddia qaldıran "Bona Dea" xəstəxanasıdır, amma sənədlərdə qeyd olunan xəstəxananın adı isə "Live Bona Dea"dır. Məhkəmədən xahişimiz odur ki, "Live" ayrı, yoxsa hər iki xəstəxananın eyni olduğunu müəyyən etsin".
 
İddiaçının vəkili həmin sənədlərin məhkəməyə təqdim olunacağını bildirib.
 
Növbəti proses 5 may saat 10:00-a təyin olunub.
 
Xatırladaq ki, "Əli və Nino" kitab mağazaları şəbəkəsinin rəhbəri Nigar Köçərli 2026-cı ilin 14 yanvar tarixində "Liv Bona Dea" xəstəxanasında əməliyyat olunduğunu, anestesiyanın çox gec verilməsi və tibb personalının kobud rəftarından fiziki və mənəvi zərbə aldığını bildirir.
 
N. Köçərli xəstəxanada olduğu 3 gün ərzində dəfələrlə şikayət etsə də, xəstəxana rəhbərliyinin onun şikayətlərinə baxmadığını deyir.
 
Xəstəxanada baş verənlərlə bağlı şəxsi sosial şəbəkə hesablarında paylaşım etdikdən sonra "Liv Bona Dea" N. Köçərlinin xəstəxananın işgüzar nüfuzuna xələl gətirdiyini iddia edərək onu məhkəməyə verib və 222 000 manat təzminat tələb edir. /Lent.az/
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər