Marneulinin azərbaycanlı merinin qardaşı çörəyin qiymətini qaldırmayan sahibkarı DÖYDÜ
Hadisə
195
10:06, Bu gün

Marneulinin azərbaycanlı merinin qardaşı çörəyin qiymətini qaldırmayan sahibkarı DÖYDÜ

Marneuli meri Daur İsmayılovun qardaşı Kənan İsmayılovun bir vətəndaşı öz ətrafı ilə birlikdə amansızcasına döyməsi ilə bağlı Gürcüstan Daxili İşlər Nazirliyində (DİN) Cinayət Məcəlləsinin 126-cı maddəsi ilə istintaq başlanıb.
 
Moderator.az bildirir ki, oxu.az bu barədə yerli KİV-ə istinadən məlumat verir.
 
Bildirilib ki, hazırda Kənan İsmayılov Marneuli Polis İdarəsindədir.
 
Qeyd edək ki, ictimai fəal Samirə Bayramova sosial şəbəkədə Marneuli meri Daur İsmayılovun qardaşı Kənan İsmayılovun bir vətəndaşı öz ətrafındakı şəxslərlə birlikdə amansızcasına döyməsi barədə paylaşım edib.
 
Onun sözlərinə görə, sahibkarlardan biri çörəyin qiymətini artırmadığı üçün Kənan İsmayılov həmin şəxsi döyüb:
 
"Onlar öz biznes maraqlarına görə çörəyin qiymətini süni şəkildə artırıblar və digər sahibkarları da eyni şeyi etməyə məcbur ediblər. Onlardan biri şəxsən mənimlə də əlaqə saxlamışdı. Tabe olmayanlardan biri isə bu gün vəhşicəsinə döyülüb".
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər