Azər Maqsudov amnistiyaya düşdü
Hadisə
244
17:15, Bu gün

Azər Maqsudov amnistiyaya düşdü

Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən həkim, Klinik Tibbi Mərkəzin (KTM) Toksikologiya şöbəsinin müdiri Azər Maqsudova amnistiya aktı şamil olunub.

Moderator.az APA-ya istinadən xəbər verir ki, bu gün Bakı Apellyasiya Məhkəməsində hakim Murad Məmmədovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, o, cəzadan azad edilib.

A.Maqsudovun vəkili Musa Abdinov məlumatı təsdiqləyib.

Xatırladaq ki, Sabunçu Rayon Məhkəməsinin hökmünə əsasən, təqsirləndirilən Azər Maqsudov nəqliyyat vasitəsini 1 il idarəetmə hüququndan məhrum edilməklə, 4 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, yol qəzası 2023-cü ilin noyabr ayında Sabunçu rayonu ərazisində baş verib.

Azər Maqsudov həmin ayın 15-də saat 23 radələrində Sabunçu rayonu ərazisində idarə etdiyi "Mercedes" markalı avtomobillə qəza törədib. Qəza 1956-cı il təvəllüdlü Arif Acaloğlunun yüksək sürətli avtomobil yolunun piyadalar üçün nəzərdə tutulmayan hissəsində avtomobilin qarşısına qəfil çıxması nəticəsində baş verib. A.Maqsudov xəsarət alan A.Acaloğlunu dərhal Sabunçu Tibb Mərkəzinə aparıb. Həkimlərin səyinə baxmayaraq, onu xilas etmək mümkün olmayıb.

Xatırladaq ki, hadisə nəticəsində ölən Arif Acaloğlu İstanbul Mərmərə Universitetinin müəllimi, türkoloq alim olub. Türkiyədə yaşayan alim Bakıya noyabrın 16-da keçirilən beynəlxalq elmi konfransda iştirak etmək üçün gəlibmiş.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər