Quldurluq və oğurluq cinayətlərini törətməkdə şübhəli bilinən şəxs saxlanıldı
Hadisə
227
17:10, Bu gün

Quldurluq və oğurluq cinayətlərini törətməkdə şübhəli bilinən şəxs saxlanıldı

Quldurluq və oğurluq cinayətlərini törətməkdə şübhəli bilinən şəxs saxlanılıb.

Moderator.az Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin regional qrupuna istinadən xəbər verir ki, polis əməkdaşlarının keçirdiyi tədbirlər nəticəsində Göygöl, Daşkəsən və Goranboy rayonlarında quldurluq və oğurluq cinayətlərini törətməkdə şübhəli bilinən, əvvəllər qəsdən adam öldürmə və digər cinayətlərə görə məhkum olunmuş 52 yaşlı Şahvələd İmanov saxlanılıb.

Şübhəli şəxsin yaşadığı evdə aparılan baxış zamanı bir ədəd "Kalaşnikov" markalı avtomat, 1 ədəd ona aid daraq və sursat aşkar edilərək götürülüb.

Faktlarla bağlı cinayət işi başlanıb və araşdırmalar davam etdirilir.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər