FHN: Yağışla əlaqədar tədbirlər davam etdirilir, Keşlədə 58 nəfər təxliyə edilib - VİDEO
Hadisə
409
15:40, Bu gün

FHN: Yağışla əlaqədar tədbirlər davam etdirilir, Keşlədə 58 nəfər təxliyə edilib - VİDEO

Fövqəladə Hallar Nazirliyinin (FHN) qüvvələri tərəfindən intensiv yağışlarla əlaqədar su basmış ərazilərdə müvafiq təhlükəsizik tədbirlərinin görülməsi işləri fasiləsiz olaraq davam etdirilir.

FHN-dən Moderator.az-a verilən xəbərə görə, hazırda Bakı şəhərinin Xəzər, Sabunçu, Nizami, Binəqədi, Səbail və Qaradağ rayonlarında, həmçinin Abşeron rayonu və Bakı-Sumqayıt yolundakı su basmış yerlərdən suyun çəkilərək kənarlaşdırılması və digər təhlükəsizlik tədbirləri davam etdirilir.

Bundan əlavə, Keşlə qəsəbəsində ümumilikdə 58 nəfər vətəndaş təxliyə edilib.

Qeyd edilib ki, yaranan fəsadların aradan qaldırılması tədbirləri FHN-in Mülki müdafiə qoşunları, Dövlət Yanğından Mühafizə, Xüsusi Riskli Xilasetmə və Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət xidmətləri və Bakı Regional Mərkəzinin qüvvələri tərəfindən həyata keçirilir.

 

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər