Sumqayıtda dəm qazından zəhərlənən altı uşaqdan biri xəstəxanada öldü
Hadisə
297
13:08, Bu gün

Sumqayıtda dəm qazından zəhərlənən altı uşaqdan biri xəstəxanada öldü

Sumqayıt şəhərində dəm qazından zəhərlənmə ilə bağlı baş verən hadisə azyaşlının ölümü ilə nəticələnib.
 
Moderator.az "Teleqraf"a istinadən xəbər verir ki, hadisə iki gün əvvəl şəhərin Xəzri bağları ərazisində qeydə alınıb.
 
Belə ki, çoxuşaqlı ailənin altı üzvü yaşadıqları evdə dəm qazından zəhərlənib və onlar dərhal xəstəxanaya çatdırılaraq tibbi yardım alıblar.
 
Müalicədən sonra azyaşlılar evə buraxılsa da, zəhərlənənlərdən biri - 2024-cü il təvəllüdlü Cəbrayılova Gülcənnətin qəfil vəziyyəti pisləşib. Körpə yenidən xəstəxanaya yerləşdirilib.
 
Həkimlərin göstərdiyi tibbi yardıma və aparılan müayinələrə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
 
Faktla bağlı araşdırma aparılır.
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər