Əli Kərimlinin həbsdə olan mühafizəçisinə hökm oxundu
Hadisə
217
14:58, Bu gün

Əli Kərimlinin həbsdə olan mühafizəçisinə hökm oxundu

AXCP sədri Əli Kərimlinin mühafizəçisi Novruz Tağıyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
 
Moderator.az Teleqraf-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Vüqar Quliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.
 
Məhkəmənin hökmü ilə N. Tağıyev 6 il müddətinə azadlıqdan məhrum edilib.
 
Qeyd edək ki, N.Tağıyev Cinayət Məcəlləsinin 178.2.3-cü (külli miqdarda ziyan vurmaqla dələduzluq törətmək), 320.1 və 320.2-ci (saxta sənəd hazırlama) maddələri ilə ittiham edilir.
 
İttihama görə, o, ev alqı-satqısında vasitəçiliklə məşğul olarkən mənzil satışı adı ilə Nicat adlı şəxsdən 71 min manat alıb, lakin vədinə əməl etməyib.
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər