Yeni Xocavənddə qəza zamanı xəsarət alan taksi sürücüsü ölüb
Hadisə
298
12:50, Bu gün

Yeni Xocavənddə qəza zamanı xəsarət alan taksi sürücüsü ölüb

Ötən gün Beyləqan rayonu, Yeni Xocavənd qəsəbəsində baş verən qəza zamanı xəsarət alan taksi sürücüsü ölüb.
 
Moderator.az xəbər verir ki, Sabunçu rayon sakini Quliyev Xəqani Xaləddin oğlu idarə etdiyi “Hyundai” markalı avtomobillə ağaca çırpılması nəticəsində sürücü, avtomobildə olan 2009-cu il təvəllüdlü Əliyev Nahid Rüstəm oğlu və 2009-cu il təvəllüdlü Rüstəmzadə Ömər Qədir oğlu müxtəlif dərəcəli xəsarətləri alaraq Beyləqan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.
 
Vəziyyəti ağır olan sürücü X.Quliyev paytaxta yerləşən xəstəxanaların birinə aparılarkən həyatını itirib.
 
Yaralı N.Əliyev Avrasiya Hospitalına göndərilib.
 
Ö.Rüstəmzadənin müalicəsi isə Beyləqan Rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsində davam etdirilir.
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər