Xətaidə hərəkətdə olan avtomobil yandı - VIDEO
Hadisə
1943
03 Apr 2026 | 11:18

Xətaidə hərəkətdə olan avtomobil yandı - VIDEO

Bakıda avtomobildə yanğın hadisəsi qeydə alınıb.
 
Moderator.az xəbər verir ki, bu barədə Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.
 
Bildirilir ki, hadisə ötən gün paytaxtın Xətai rayonu, Yusif Səfərov küçəsində hərəkətdə olan nəqliyyat vasitələrindən birində baş verib.
 
Ərazidə xidmət aparan yol polisi əməkdaşları tərəfindən dərhal təhlükəsizlik tədbirləri görülüb, nəqliyyatın hərəkəti alternativ istiqamətə yönləndirilib.
 
Polis əməkdaşlarının və vətəndaşların operativ müdaxiləsi nəticəsində yanğın qısa müddətdə söndürülüb, nəqliyyat vasitəsi isə yolun hərəkət hissəsindən kənarlaşdırılıb.
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər