Azərbaycanda saxlanılan Pakistan vətəndaşı Tacikistana təhvil verilib
Hadisə
172
17:18, Bu gün

Azərbaycanda saxlanılan Pakistan vətəndaşı Tacikistana təhvil verilib

Pakistan İslam Respublikasının vətəndaşı 1989-cü il təvəllüdlü İnsaf Sobianın cinayət məsuliyyətinə cəlb edilməsi üçün verilməsinə dair Tacikistan Respublikasının Baş Prokurorluğunun vəsatəti Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən təmin edilib.

Baş Prokurorluğun Mətbuat xidmətindən Moderator.az-a verilən xəbərə görə, Tacikistanda dələduzluq əməlinin törədilməsində təqsirləndirilərək beynəlxalq axtarışa elan edilmiş İnsaf Sobia 2026-ci ilin fevral ayında ölkəmizdə müəyyən edilərək saxlanılmaqla barəsində həbs qətimkan tədbiri seçilib.

"Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında” 07.10.2002-ci il tarixli Konvensiyaya əsasən təqsirləndirilən şəxsin ekstradisiyası haqqında qərar qəbul edilərək, o, Ədliyyə Nazirliyi Penitensiar Xidmətin xüsusi konvoyunun müşayiəti ilə Tacikistan Respublikasının səlahiyyətli orqanına təhvil verilib.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər