Mingəçevirdə ağac aşdı: Aptekə və avtomobilə ziyan dəydi
Hadisə
229
09:41, Bu gün

Mingəçevirdə ağac aşdı: Aptekə və avtomobilə ziyan dəydi

Mingəçevirdə iri gövdəli ağacın aşması nəticəsində aptekə və avtomobilə ciddi ziyan dəyib.
 
Moderator.az xəbər verir ki, hadisə şəhərin Aydın Məmmədov küçəsində, əsas tibb müəssisəsinin giriş qapısının qarşısında baş verib.
 
Qəfil baş verən hadisə zamanı asfaltı dağıdaraq kökündən qopan palıd ağacı ərazidə yerləşən aptekin və yaxınlıqda olan avtomobilin üzərinə aşıb.
 
Nəticədə aptekin eyvanı və şüşələri dağılaraq yararsız hala düşüb. Avtomobilə isə qismən ziyan dəyib, digər fəsadlar da qeydə alınıb.
 
Qeyd edək ki, hadisənin baş verdiyi ərazi şəhərin ən hərəkətli yerlərindən biridir. Burada çoxsaylı aptek, mağaza və xidmət obyektləri fəaliyyət göstərir. Eyni zamanda, ərazi xəstəxanaya gələn şəxslərin avtomobilləri üçün dayanacaq kimi istifadə olunur.
 
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər