Bizi sosial şəbəkələrdən izləyin:
Paytaxtın Nərimanov rayonunda talama cinayəti baş verib.
Moderator.az-ın xəbərinə görə, rayonun C.Hacıbəyli küçəsində yerləşən evlərin birindən 800 manat nağd pulun naməlum şəraitdə oğurlanması barədə polisə məlumat daxil olub.
Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 40 yaşlı qadın müəyyən edilərək saxlanılıb.
Nəsimi rayonunda isə parkların birində Göyçay rayon sakininin mobil telefon və geyim əşyasını oğurlamaqda şübhəli bilinən, əvvəllər məhkum olunmuş 48 yaşlı Q.Həmidov da polis tərəfindən saxlanılıb.
Faktlarla bağlı araşdırma aparılır.