Suqovuşanda mina partladı - Xəsarət alan var - YENİLƏNİB
Hadisə
310
15:15, Bu gün

Suqovuşanda mina partladı - Xəsarət alan var - YENİLƏNİB

Ağdərə rayonunun Suqovuşan qəsəbəsi yaxınlığında aprelin 1-də mina hadisəsi baş verib.
 
Daxili İşlər Nazirliyi, Baş Prokurorluğu və Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat xidmətlərindən Moderator.az-a verilən məlumata görə, Ağdərə rayonunun Hacıqərvənd kənd sakini 1982-ci il təvəllüdlü Məhərrəmov Mahir Abdulla oğlu keçmiş təmas xəttində minalardan təmizlənməmiş ərazidə piyada əleyhinə mina partlayışı nəticəsində sağ ayağından xəsarət alıb.
 
Faktla bağlı Tərtər rayon prokurorluğunda araşdırma aparılır.
 
"ANAMA, DİN və Baş Prokurorluq bir daha vətəndaşları təhlükəsizlik qaydalarına riayət etməyə, mina təhlükəsi işarələrinin göstəricilərinə diqqətlə yanaşmağa, bələd olmadıqları ərazilərə daxil olmamağa, çəpərləmə fəaliyyəti aparılan ərazilərə müdaxilə etməməyə çağırır", məlumatda deyilir.
 
***
 
Ağdərədə mina hadisəsi baş verib.
 
Moderator.az xəbər verir ki, hadisə rayonun Suqovuşan qəsəbəsi ərazisində qeydə alınıb.
 
Hadisə nəticəsində rayon sakini Məhərrəmov Mahir Abdulla oğlu xəsarət alıb.
 
Yaralı Tərtər rayon mərkəzi xəstəxanasına çatdırılıb.
 
Faktla bağlı araşdırma aparılır. (APA)
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər