Beyləqanda 59 yaşlı qadın sirkə turşusundan zəhərlənib
Hadisə
337
11:33, Bu gün

Beyləqanda 59 yaşlı qadın sirkə turşusundan zəhərlənib

Beyləqanda 59 yaşlı qadın zəhərlənmə diaqnozu ilə xəstəxanaya çatdırılıb.
 
Moderator.az xəbər verir ki, hadisə rayonun Toğrul Atakişiyev küçəsində baş verib.
 
Rayon sakini 1967-ci il təvəllüdlü Hüseynova Familə Aydın qızı sirkə turşusundan zəhərlənib.
 
F.Hüseynova yaxınlarının köməkliyi ilə Beyləqan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
 
Xəstəxanadan verilən məlumatda deyilir ki, 30 mart 2026-cı il tarixdə saat 18:00 radələrində Beyləqan rayonunda zəhərlənmə şübhəsilə 1967-ci il təvəllüdlü qadın Beyləqan Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.
 
Ona sirkə turşusundan zəhərlənmə diaqnozu təyin edilib.
 
Hazırda pasiyentin müalicəsi Beyləqan Rayon Mərkəzi Xəstəxanasının Reanimasiya və intensiv terapiya şöbəsində davam etdirilir. Vəziyyəti stabil olaraq qiymətləndirilir.
 
 
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər