Zaqataladakı dəhşətli qəza ilə bağlı cinayət işi başlanıldı: Bir ölü, beş yaralı
Hadisə
310
10:10, Bu gün

Zaqataladakı dəhşətli qəza ilə bağlı cinayət işi başlanıldı: Bir ölü, beş yaralı

Zaqatala rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb.
 
Moderator.az-ın əldə etdiyi məlumata görə, martın 30-da saat 16 radələrində 1987-ci il təvəllüdlü Zaqatala rayonunun Muğanlı kənd sakini Elvin İsmayıl oğlu Qurbanov idarə etdiyi VAZ-2101 markalı 08-BK-566 dövlət qeydiyyat nişanlı avtomobillə Zaqatala-Muğanlı avtomobil yolunun Aşağı Tala kəndindən keçən hissəsində əks yolla hərəkətdə olan, 1977-ci il təvəllüdlü Samir Samid oğlu Yusifovun idarə etdiyi "Mercedes-Benz E-240" markalı 90-XR-566 dövlət qeydiyyat nişanlı avtomobillə toqquşub.
 
Hadisə nəticəsində VAZ-2101 markalı avtomobildə olan sərnişin 1972-ci il təvəllüdlü Ülfət İsrafil oğlu Qurbanov aldığı xəsarətlərdən hadisə yerində ölüb, həmin avtomobilin sürücüsü Elvin İsmayıl oğlu Qurbanov və avtomobildə olan digər sərnişinlər 2007-ci il təvəllüdlü Səməndər Mehman oğlu Qurbanov, 2009-cu il təvəllüdlü Loğman Natiq oğlu Məmmədov, 1985-ci il təvəllüdlü Səməd Yusif oğlu İbrahimov, "Mercedes-Benz E-240" markalı avtomobildə olmuş sərnişin 1976-cı il təvəllüdlü Natəvan Rəsul qızı Yusifova müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
 
Faktla bağlı Zaqatala Rayon Polis Şöbəsinin İstintaq Bölməsində Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılır.
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər