Su basan evlərdə dəyən ziyanı kim ödəyəcək? - VİDEO
Hadisə
420
30 Mar 2026 | 23:50

Su basan evlərdə dəyən ziyanı kim ödəyəcək? - VİDEO

Xırdalan şəhəri Tofiq Bayramov küçəsi və ona paralel məhəllələrdəki evlərə dolan yağış suyu həm əşyaları yararsız hala salıb, həm də insanlar üçün həyati təhlükə yaradıb.

Moderator.az xəbər verir ki, həmin ərazilərdən sakinlər danışıb.

“Yazıqlar işıqlarını söndürüb, çıxıb ikinci mərtəbədə oturublar ki, tok vurmasın. Bura dəyən ziyanı kim ödəyəcək?”, - deyə sakinlərdən biri qeyd edib.

“Evimiz onsuz da əldən getdi, altına su dolan evlər çöksə, kim cavab verəcək?”, -deyə digər sakin əlavə edib.

Onlar qeyd edib ki, sözügedən ünvanda kanalizasiya borusu var, lakin ya dolduğundan, ya da suyu ötürməyə gücü çatmadığından küçə və evləri su basıb.

Evlər və avtomobillərlə yanaşı obyekt sahibləri də ziyan çəkiblər.

Daha ətraflı İTV-nin süjetində:

 

Link kopyalandı!
Son xəbərlər