Xəzər rayonunda qardaş qardaşı qətlə yetirib
Hadisə
320
30 Mar 2026 | 22:00

Xəzər rayonunda qardaş qardaşı qətlə yetirib

Paytaxtın Xəzər rayonunun Şağan qəsəbəsində qətl hadisəsi baş verib.

Moderator.az APA-ya istinadən xəbər verir ki, bu gün axşam saatlarında 1990-cı il təvəllüdlü Qismət Teymurov ailə münaqişəsi zəminində qardaşı, 1985-ci il təvəllüdlü Qamət Teymurovu ov tüfəngi ilə qətlə yetirib.

Hadisəni törətməkdə şübhəli bilinən şəxs polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Link kopyalandı!
Son xəbərlər