Oğlu tərəfindən öldürülən qadın müəllim olub - FOTO
Hadisə
301
17:27, Bu gün

Oğlu tərəfindən öldürülən qadın müəllim olub - FOTO

Şəmkir rayonunun Qaracəmirli kəndində oğlu tərəfindən qətlə yetirilən 66 yaşlı Çiçək Sərdarova orta məktəb müəllimi olub.

Moderator.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, mərhum Qaracəmirli kənd orta məktəbində Azərbaycan dili və ədəbiyyat müəllimi işləyib, ötən il yaşla bağlı əmək pensiyasına çıxıb.

Məlumat üçün bildirək ki, hadisə zamanı qadının ruhi xəstə olan oğlu Anar Allahverdiyev küt alətlə anasını qətlə yetirib.Daha sonra isə üzərinə sürtkü yağı tökərək özünü yandırıb.

Faktla bağlı Şəmkir Rayon Prokurorluğunda araşdırma başlanılıb.




Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər